Çelye Sabah matçında hesab açıldı Yenilənir

17.07.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" da mərhələnin cavab matçına çıxır.

Ölkə kubokunun qalibi səfərdə "Çelye"nin qonağıdır. Bakıda keçirilən ilk görüşdə Sloveniya təmsilçisi 3:2 hesabı ilə qalib gəlib. Bu isə o deməkdir ki, "Sabah"ı səfərdə çətin sınaq gözləyir.

İki matçın cəmində üstün olan tərəf 2-ci turda  AEK (Kipr) – “Partizan” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Konfrans Liqasında davam edəcək və 2-ci mərhələdə "Birkirkara" (Malta) - "Petrokub" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq.

17 iyul

UEFA Avropa Liqası

1-ci təsnifat mərhələsinin cavab oyunu

22:00.“Çelye” (Sloveniya) – “Sabah” (Azərbaycan) - 0:1 (Birinci hissə)

Qol: Coy-Lens Mikels, 9

İlk oyun - 3:2
Hakimlər:
 Draqomir Draqanov, Xristo Haciyski, Krasimir Atanasov, Martin Jivkov Velikov (Bolqarıstan)
“Selye” stadionu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью