Cem Uzan 68 milyard dollarlıq məhkəmə iddiasını uduzdu

13.03.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Türkiyədən qaçaraq xaricdə yaşayan iş adamı Cem Uzan Türkiyəyə qarşı qaldırdığı 68 milyard dollarlıq təzminat iddiasını uduzub.

Sherg.az-ın məlumatına görə, Tasarruf Mevduatı Sigorta Fonu (TMSF) ilə bağlı iddia üzrə qərarı Paris məhkəməsi verib. Beş il davam edən araşdırmadan sonra məhkəmə Uzan ailəsinin iddiasını “səlahiyyətsizlik” səbəbilə rədd edib və onların qarşı tərəfə 100 min avro təzminat ödəməsinə qərar verib.

Qərardan sonra Cem Uzanın Parisdəki evində yerləşən şəxsi seyfinə əl qoyulub, Fransadakı bank hesabları isə dondurulub.

Xatırladaq ki, Uzan ailəsinin idarə etdiyi İmar Bankası ilə bağlı qalmaqal Türkiyədə milyardlarla dollarlıq dövlət zərərinə səbəb olmuşdu. Uzan Türkiyədə müxtəlif cinayətlərə görə ümumilikdə 47 ildən artıq həbs cəzasına məhkum edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью