Cem Yılmaz aktyorların seriallardan uzaqlaşdırılmasna ETİRAZ ETDİ

02.04.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Türkiyəli komediya aktyoru Cem Yılmaz boykot çağırışlarına dəstək verən aktyorların layihələrdən uzaqlaşdırılmasına etiraz edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, son olaraq aktrisa Aybuke Pusat "Teşkilat" serialından uzaqlaşdırılmışdı.

Bu xəbərin ardından aktyor TRT-yə müraciət edib:

"Ölkəmizdə baş verənlərə azad şəkildə reaksiya verən aktyor dostlarımız seriallardan uzaqlaşdırılır. TRT-nin layihələrində öz fikrini bildirən insanlar çalışa bilməz? TRT bizim dövlət kanalı deyil? Siz deyə bilərsinizmi ki, istəməyənlər TRT-yə dəstək pulunu verməsinlər? Yox, amma bunu deyə bilmirsiniz".

Aysel

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью