Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Çanaqqalanın Ayvacıq rayonundakı evində iki gün əvvəl infarkt keçirən komediya ustası Cem Yılmazın xəstəxanasdakı müalicəsi başa çatıb. Vəziyyəti stabil olan Yılmaz axşam saatlarında evə buraxılıb.
Milli.Az xəbər verir ki, Cem Yılmaz Ayvacıqdakı yay evində ürək tutması keçirdikdən sonra ÇOMÜ Xəstəxanasında angioqrafiya olunub.
Kardiologiya kafedrasının müəllimi prof. dr. Ercan Akşit tərəfindən biləkdən təxminən 40 dəqiqə ərzində balon və stent qoyulub.
2 günlük nəzarət müddətindən sonra sağlamlıq vəziyyəti stabil olan Cem Yılmaz bu gün saat 19:30 radələrində evə buraxılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)