Cem Yılmaz GORA 4 GORA nın çəkilişlərinə başladı

23.06.2026

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Məşhur türkiyəli komediya ustası Cem Yılmaz uzun fasilədən sonra əfsanəvi "G.O.R.A." seriyasının yeni filmi ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, "GORA 4 GORA" adlanacaq yeni layihənin hazırlıq prosesindən tez-tez paylaşımlar edən aktyor nəhayət ki, çəkilişlərin başladığını qeyd edib.

Film üçün aylar əvvəldən formaya düşməyə başlayan və yeni rolu üçün saçlarını tünd rəngə boyayıb bığ saxlayaraq imicini dəyişən aktyor çəkiliş meydançasından ilk kadrı tamaşaçılarla bölüşüb. O, Arif Işık obrazında etdiyi paylaşıma birinci filmin ən məşhur replikalarından birini əlavə edib:

"Dünyalı dostum, deyəsən, yaxşı başa düşmədin. Sən qaçırılmısan".

Xatırladaq ki, bir neçə həftə əvvəl layihənin quruluşçu rəssamı Burak Yıldırımla fotosunu paylaşan komediyaçı "Dünən G.O.R.A-da idim" sözlərini yazmışdı.

240 dəqiqəlik macəra

Cem Yılmaz aylar əvvəl film barədə açıqlama verərkən ekran işinin miqyasından bəhs etmişdi. Onun sözlərinə görə, tamaşaçıları əvvəlkilərdən daha fərqli bir hekayə gözləyir:

"Gülməli, amma dərin işdir. İki tammetrajlı film uzunluğunda olacaq. Bizi 240 dəqiqəlik bir 'GORA 4 GORA' macərası gözləyir".

"Qladitator"un ulduzundan pərəstişkarlarına sərt xəbərdarlıq: "Kim özünü axmaq kimi aparsa..." Səməd Vurğunun 120 illiyinə virtual töhfə: “Sözün qüdrəti” SSRİ Xalq artisti vəfat etdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью