Cem Yılmaz reanimasiyaya yerləşdirildi

29.08.2026

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyəli komediyaçı Cem Yılmazın Çanaqqalanın Ayvacık rayonunda yaşadığı evdə səhhəti pisləşib.

Milli.Az xəbər verir ki, aktyorun Paşaköy kəndindəki evində sinə ağrısından şikayətləndiyi və  Təcili Yardım Mərkəzinə zəng etdiyi bildirilib.

Hadisə yerinə gələn tibbi briqada komediyaçını təcili yardımla Ayvacıq Dövlət Xəstəxanasına aparıb.

Daha sonra Yılmaz Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasının Koronar Reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, o, burada angioqrafiyadan (anju) keçib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью