Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30.08.2026

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Məşhur komediya ustası Cem Yılmaz keçirdiyi ürək spazmı səbəbindən xəstəxanaya yerləşdirilərək müalicə altına alınıb.

Bu barədə "Habertürk"ün məlumatında deyilir ki, Çanaqqalanın Ayvacık rayonundakı evində dincələn Yılmazın səhhəti pisləşib və o, xəstəxanaya aparılıb.

Sinə ağrısı şikayəti ilə Ayvacık Dövlət Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılan məşhur komediyaçının ürək spazmı keçirdiyi müəyyən edilib və ona ilkin tibbi yardım göstərilib. Tibbi müdaxilədən sonra vəziyyəti nəzarət altına alınan Yılmaz əlavə müayinə və müalicə məqsədilə Çanaqqala On Səkkiz Mart Universitetinin (ÇOMÜ) Tibb Fakültəsi Xəstəxanasına göndərilib.

Mətləb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью