Cem Yılmazın vəziyyəti pisləşdi Xəstəxanaya yerləşdirildi

29.08.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Türkiyəli komediyaçı Cem Yılmazın Çanaqqalanın Ayvacık rayonunda yaşadığı evdə səhhəti pisləşib.

“Qafqazinfo” xəbər verir ki, aktyorun Paşaköy kəndindəki evində sinə ağrısından şikayətləndiyi və  Təcili Yardım Mərkəzinə zəng etdiyi bildirilib.

Hadisə yerinə gələn tibbi briqada komediyaçını təcili yardımla Ayvacıq Dövlət Xəstəxanasına aparıb.

Daha sonra Yılmaz Çanaqqala Onsekiz Mart Universiteti Xəstəxanasının Koronar Reanimasiya şöbəsinə köçürülüb.

Məlumata görə, o, burada angioqrafiyadan (anju) keçib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью