Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18.11.2026

Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.



Yeni qan analizi xərçəng və Altsheymer xəstəliyinin əlamətlərini bir saat ərzində müəyyən edir.



Medicina.az xəbər verir ki, alimlər cəmi bir saat ərzində üç növ xərçəngin və Altsheymer xəstəliyinin əlamətlərini aşkar edə bilən eksperimental qan analizi hazırlayıblar.

Yeni texnologiya kolorektal xərçəngi, mədəaltı vəzi xərçəngini, beyin şişinin aqressiv növü olan qlioblastomanı və Altsheymer xəstəliyini aşkar etmək üçün nəzərdə tutulub. Üsulun doğruluğunu yoxlamaq məqsədilə tədqiqatçılar həm sağlam insanlardan, həm də bu xəstəliklərdən əziyyət çəkən xəstələrdən götürülmüş 87 qan plazması nümunəsini təhlil ediblər. "Kor" sınaqlar (tədqiqatçıların nümunələrin kimə aid olduğunu bilmədiyi sınaqlar) zamanı hər bir xəstəliyin mövcudluğunu və ya yoxluğunu müəyyən etməkdə dəqiqlik 90-99 faiz arasında dəyişib.

Bu işlənib hazırlanmış üsul ekzosomların – hüceyrələr tərəfindən ifraz olunan və xəstəliklərin inkişafından xəbər verə bilən zülalları daşıyan kiçik hissəciklərin aşkarlanmasına əsaslanır. Onları tapmaq üçün alimlər xüsusi mikrosferlər yaradıblar: bu sferaların bir tərəfi anticisimlərlə örtülüb, digər tərəfi isə flüoresan xüsusiyyətlərə malikdir.

Analiz üçün cəmi 10 mikrolitr nümunə tələb olunur. Mikrosferlərlə qarışdırıldıqda, anticisimlər ekzosomların səthindəki xüsusi zülallara birləşir. Daha sonra xüsusi proqram mikroskop altında hissəciklərin hərəkətini və işıq siqnallarını təhlil edərək, xəstəlik markerlərinin mövcudluğunu müəyyən edir.

Müəlliflər qeyd edirlər ki, bu texnologiya yüksək həssaslığa malikdir və gələcəkdə aşağı xərcli ola bilər. Bu, təhlükəli xəstəliklərin daha erkən mərhələlərdə aşkarlanmasına kömək edə bilər.

Aygün Musayeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью