Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında qərar qəbul edilib.
Xatırladaq ki, o, bu vəzifəyə 2024-cü il mayın 31-də təyin olunmuşdu.
Qeyd edək ki, E. Nəcəfov 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Nəcəfov magistr dərəcəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasında doktorantura səviyyəsinə qəbul olub.
Muxtar respublikanın sabiq təhsil naziri pedaqoji fəaliyyətinə ümumtəhsil məktəblərində müəllim kimi başlayıb, bir müddət "Hədəf" Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb. O, bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim olub, Dövlət Gömrük Komitəsinin Akademiyasında və Bakı Biznes Universitetində isə "Azərbaycan dili və nitq mədəniyyəti", "Azərbaycan dilində işgüzar və akademik komminukasiya" fənlərini tədris edib.
Nəcəfov 2016-2020-ci illərdə AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunda çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. O, 2021-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə, 2022-ci ilin aprel ayında isə Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub.
2023-cü il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib və bu sərəncama əsasən Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edib.[3] Anar İbrahimovun imzaladığı qərar ilə isə o, Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsinə təsdiq edilib.
Elxan Nəcəfov Təhsil Nazirliyinin və Təhsil İnstitutunun Avropa Birliyi, UNİSEF, BQXK, ANAMA və s. təşkilatlarla birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən bir çox layihələrdə layihə rəhbəri və koordinator kimi fəaliyyət göstərib.
Ailəlidir, 2 övladı var.