Cəmi 2 saniyəyə keçid Azərbaycanda minlərlə sərnişin bu sistemi seçib

13.07.2026

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

"SİMA Pay" üztanıma ödəniş sistemi ilə artıq 9 mindən çox sərnişin dəmiryol turniketlərindən cəmi iki saniyəyə keçid edir.

"Yeni Sabah"a bu barədə ADY-dən məlumat verilib.

Bildirilib ki, son iki ay ərzində Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılan SİMA Pay üztanıma ödəniş sistemi sərnişinlərin turniket keçidlərini daha sürətli və rahat edib. Pepperoni pizza

Məlumata görə, ictimai nəqliyyatda ilk dəfə ADY tərəfindən tətbiq edilən bu rəqəmsal həll hazırda 9 mindən çox sərnişin tərəfindən istifadə olunur. Sistem vasitəsilə sərnişinlər turniketdən cəmi iki saniyə ərzində rahat və təhlükəsiz şəkildə keçid edə bilirlər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью