Cəmi 27 dəqiqəyə ...

28.01.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Venesuela Prezidenti Nikolas Maduronu ələ keçirmək üçün ABŞ hərbi əməliyyatının bütün döyüş mərhələsi 27 dəqiqədən az davam edib”.

“Qafqazinfo” “ABC News”a istinadən xəbər verir ki, bunu respublikaçı senator Cim Riş bildirib.

Onun sözlərinə görə, ABŞ tərəfindən 200-ə yaxın hərbçi iştirak edib və bir neçə saat ölkə ərazisində olub.

Xatırladaq ki, 3 yanvar tarixində ABŞ xüsusi təyinatlıları Venesuelada “Mütləq Qətiyyət” (“Operation Absolute Resolve”) adlı hərbi əməliyyat keçirərək Nikolas Maduronu və xanımını həbs ediblər. Onlar dərhal Nyu-Yorka aparılıb və hazırda Manhetten federal məhkəməsində narkoterrorizm, kokain qaçaqmalçılığı və qanunsuz silah saxlama ittihamları ilə mühakimə olunurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью