Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
ABŞ-də 1988-ci ilin istehsalı olan “Mercedes W124” kupe satışa çıxarılıb.
Avtosfer.az xəbər verir ki, satıcı 900 min dollar əldə etmək niyyətindədir. Satış reallaşacağı təqdirdə bu, “Mercedes” tarixində ən bahalı 124 model olacaq. Bu maşından cəmi 3 ədəd hazırlanıb və “AMG Hammer” variantıdır. Maşın İllinoys ştatında yerli bazar üçün istehsal edilib.
Avtomobil 380 at gücündə 6 litrlik V8 mühərriki ilə təchiz edilib. Maşının bir çox detalı standart modellərdən fərqlənir.
Bir neçə dəfə sahibi dəyişmiş avtomobil cəmi 58 min kilometr qət edib. Sonuncu dəfə onun bərpasına 160 000 dollar sərf edilib.
Vüqar