Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hollivud aktrisası Marqaret Kuolli və musiqi prodüseri Cek Antonoff boşanmaq üçün rəsmi müraciət ediblər.
Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Cek və 32 yaşlı Marqaret boşanma ilə bağlı razılığa gəliblər. Lakin razılaşmanın detalları hələlik açıqlanmayıb.
Cütlüyün münasibəti 2021-ci ildə başlayıb. Onlar 2023-cü ilin avqustunda ailə qurublar. Bu ilin yayında isə ayrılmaq qərarına gəldikləri məlum olub. Ayrılığın səbəbi barədə rəsmi açıqlama verilməyib.
İddialara görə, cütlüyün münasibətlərində yaranan problemlərə Antonoffun dostu və ya həyat yoldaşı ilə deyil, bacısı Reyçellə birlikdə toya qatılması da təsir göstərib. Bundan sonra Kuolli sosial şəbəkə hesabından toy fotolarını silib.
Məlumatda həmçinin bildirilir ki, cütlüyün gərgin iş qrafiki, ayrı yaşaması və aralarındakı etimad problemləri də münasibətlərinə təsir edən amillər sırasında olub.