Cəmi 3 seçim haqqınız var Bağçalarla bağlı VACİB DETAL

09.09.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026–2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə sentyabrın 10-dan yenidən start veriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Məktəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) m\lumat yayıb.

Bildirilib ki, proses saat 15:00-dan etibarən “myGov” portalı üzərindən elektron formada həyata keçiriləcək. pizza sifarişi

Qeyd olunub ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemi üzrə növbə yaradılarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsi seçmək mümkündür.

Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi isə minimum beş gündən sonra həyata keçiriləcək.

Məlumata görə, uşaqların məktəbəqədər təhsil müəssisələrində mövcud boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью