Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 4 sentyabr, AZƏRTAC
Qaradağ rayonunun Pirsaat qəsəbəsində “Qobustan” Günəş Elektrik Stansiyasına gedən 9,2 kilometr uzunluğunda avtomobil yolu qısa müddətdə inşa edilib.
AZƏRTAC xəbər verir ki, IV texniki dərəcəyə uyğun tikilən yolun hərəkət hissəsinin eni 6 metr, torpaq yatağının eni isə 9 metr təşkil edir.
Yeni avtomobil yolu günəş elektrik stansiyasına rahat və təhlükəsiz nəqliyyat bağlantısının təmin edilməsinə, həmçinin ərazidə müasir infrastrukturun formalaşdırılmasına xidmət edir.