Cəmi 7 gün vaxt veriləcək Məktəblərdə böyük dəyişiklik başlayır

25.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə elektron sənəd qəbulu başlayır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, noyabrın 27-də saat 15:00-dan etibarən direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə işə qəbul prosesi üzrə elektron qeydiyyat mərhələsinə start veriləcək. Namizədlər dekabrın 4-ü saat 17:00-dək müvafiq elektron platforma vasitəsilə qeydiyyatdan keçə bilərlər. Elektronika məhsulları

Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olmaqla mərkəzləşdirilmiş qaydada keçiriləcək.

İlk mərhələdə namizədlərin təqdim etdiyi məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla tamamlayan şəxslər müsahibəyə dəvət ediləcəklər.

Müsahibələrə dəvət qaydalara uyğun olaraq ardıcıllıq əsasında həyata keçiriləcək. Namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları qiymətləndiriləcək.

Qeyd olunub ki, müsabiqənin nəticələri barədə məlumat namizədlərə şəxsi səhifələri vasitəsilə təqdim ediləcək.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью