Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıdışının üzərindən bir il ötür.
Tramp bu müddət ərzində icraedici hakimiyyətin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirib və ABŞ-ın həm daxili siyasi həyatında, həm də beynəlxalq münasibətlərində ciddi dəyişikliklərə səbəb olub.
O, ikinci prezidentlik müddətinin ilk ilində “şok və təzyiq” xarakterli qərarlarla çıxış edib.
Son həftələrdə onun göstərişi ilə Minnesota ştatında qeyri-qanuni miqrasiyaya qarşı daha sərt federal əməliyyatlar aparılıb.
Bu əməliyyatlar zamanı federal agent tərəfindən silahsız qadın sürücünün güllələnərək öldürülməsi ölkədə ciddi rezonans doğurub.
Eyni zamanda Tramp Venesuelada prezident Nikolas Maduronun ələ keçirilməsi məqsədilə hərbi əməliyyat təşkil edib.
Maduro hazırda Amerikadadır və uzun illərə həbsə qalacağı gözlənilir.
Hakimiyyətinin ilk ilində Tramp Qrenlandiyanın ABŞ nəzarətinə götürülməsi ideyasını yenidən gündəmə gətirib, İranı bombalamaqla hədələyib.