Teleqraf.com portalından verilən məlumata əsasən, Icma.az bildirir. Mən həmişə müzakirənin tərəfdarıyam – sağlam, qərəzsiz müzakirənin.
Problem varsa, cəmiyyətin ağıllı, vicdanlı, işıqlı insanları fikir bildirməlidirlər, çıxış yollarını birlikdə axtarmaqda fayda var.
Bu səbəbdən bu yaxınlarda rinoplastikadan sonra dünyasını dəyişmiş Nəzrin Mansurlu ilə bağlı müzakirələri diqqətlə izləyirəm.
Cəmiyyətimizin sosial mediadakı kəsimi bu məsələdə iki hissəyə bölünüb: həkimləri dəstəkləyənlər və onlara qəzəb ifadə edənlər.
Hər iki tərəfi anlayıram, anlamağa çalışıram. Çünki həqiqətən də Azərbaycanda yetərincə savadlı, yüksək təhsilli, hətta dünyada tayı-bərabər
Onların fədakarlığını və peşəkarlığını, eyni zamanda, vətənpərvərliyini dəfələrlə, xüsusilə də İkinci Qarabağ savaşında görmüşük.
Mən hətta xarici ölkə xəstəxanalarında çalışan, müharibə vaxtı könüllü olaraq gəlib hərbi hospitallarda işləyən gənc azərbaycanlı həkimləri də tanıyram, cibinin pulu ilə yaralı əsgərlərimizə dava-dərman alanları da – onlarla qürur duyuram.
Amma konkret olaraq, Nəzrin Mansurlu olayına gəlincə, gözləməyi tərcih edirəm - istintaq və məhkəmənin ədalətli mühakiməsini və hökmünü.