Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin son 10 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsi tərəfindən 42073 nikah və 17907 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nigahların sayı azalaraq 5.3-dən 4.9-a düşmüş, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalmışdır.
Məsələyə münasibət bildirən sosioloq Üzeyir Şəfiyev deyib ki, elan olunan statistika gözlənilən idi: "Azərbaycanda bu tendensiya artıq bir neçə müddətdir ki, müşahidə olunur.
Boşananların dinamikasında artım əksinə nikah müqavilələrində azalma müşahidə olunur.
Bu da onunla bağlıdır ki, gənclərin sayında azalmaya rast gəlinir.
10 il əvvəl gənclər əhalinin 20-30 faizini təşkil edirdisə, bu gün 21 faizdən bir qədər çoxunu təşkil edir.
Digər məqam odur ki, xaricə gedən Azərbaycan gənclərinin sayı çoxdur. Eyni zamanda gənclərin evlilik yaşının artması müşahidə olunur.
İndi artıq gənclər təhsil almaq, karyerasını qurmaq daha sonra ailə qurmaq haqqında düşünür.