“Cəmiyyətimizin mənəviyyatını məhv edən də bu düşüncədir”

14.11.2025

Icma.az, Adelet.az saytına istinadən bildirir.

“Nə üçün əksər halda xaricdə oxuyanımızla daxildə oxumayanımız arasındakı fərq yalnız zahiri görünüşdə müşahidə olunur? Çünki biz uşağı xaricə elm arxasınca göndərmirik. Bu göndərişdə elm məqsəd deyil, vasitədir. Biz uşağı xarici universitetlərə də öz universitetlərimizə göndərdiyimiz niyyətlə göndəririk: oxusun, özünə bir gün ağlasın”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib. 

Yazıçının sözlərinə görə, bu bir düşüncədir:

“Cəmiyyətimizin mənəviyyatını məhv edən də bu düşüncədir: "oxuyub özünə gün ağlamaq". Siz şifahi və yazılı dildə rüşvət deyirsiniz, korrupsiya deyirsiniz, nə bilim, vəzifə hərisliyi deyirsiniz. Amma bu ifadələrin düşüncə dilimizə tərcüməsi "özünə gün ağlamaq"dır. Avam idik, məsciddə o biri dünyamız üçün ağlayırdıq, aydınlandıq,  indi də məktəbə bu dünyamız üçün ağlamağa gedirik. Folklorumuz da təsdiqləyir ki, ağlamayana heç nə verilməyəcək. Harvardda, Oksfordda da özümüzə daha peşəkarcasına və ingilis dilində gün ağlamağı öyrənirik. Vəssalam. Hər kəsin özünə gün ağladığı cəmiyyət necə olmalıdır ki?”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью