Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. "Ailələrə Sosial Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Cəmiyyətin sağlam gələ
Birliyinin sədri, layihənin rəhbəri Esmira Rəhimova bildirib ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Layihənin icrası Quba rayonunda, tam olaraq, desək, Quba rayon şəhid İbrahim Şahmərdanov adına Qəcrəş tam orta məktəbində kecirildi.
Bu layihənin kecirilməsində məqsəd, yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı mövcud olan problemlərin qarşısının alınmasına dəstək olmaq idi.
Azərbaycan cəmiyyətinin sağlam inkişafı üçün ailə institutunun gücləndirilməsi, erkən evliliyin, qohum nikahlarının və boşanma hallarının azalması istiqamətində görülən tədbirlərə dəstək və sözügedən problemlərin aradan qaldırılmasına, təhsilin və hüquqi maarifləndirmənin artırılmasına, xüsusilə də regionlarda erkən evliliyin və qohum nigahlarının qarşısını almağa köməklik göstərmək idi.
Layihənin həyata keçirilməsi nəticəsində yeniyetmələrin erkən və qeyri-rəsmi nikahların mənfi nəticələri və fəsadları, qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskləri barədə maarifləndirmə işi aparıldı.
Eyni zamanda, biz layihə çərçivəsində, yeniyetmələrin hüquq və azadlıqlarının müdafiəsi və bu istiqamətdə yeni qəbul edilmiş qanunvericilik kontekstində bütün lazımi mövzuları əhatə edərək, onların maariflənməsinə nail olmağa calışdıq.
Erkən və qeyri-rəsmi nigahların mənfi nəticələri və fəsadları, qan qohumları arasında bağlanan nigahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riskləri barədə yeniyetmələr maarifləndirildi.