Çempion Andi Diufun klubuna rəsmi təklif göndərdi MƏBLƏĞ

15.08.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fransanın "Lans" klubunun yarımmüdafiəçisi Andi Diuf karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı sosial şəbəkə hesabları üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, onun xidmətində "Napoli" maraqlıdır. Neapol təmsilçisinin artıq qarşı tərəfə 20 milyon avroluq təklif göndərdiyi, ancaq "Lans"ın 22 yaşlı futbolçunun satışından 23 milyon avro qazanmağı hədəflədiyi vurğulanıb.

Qeyd edək ki, Diuf ötən mövsüm "Lans"ın forması ilə çıxdığı 37 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Seneqallı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью