Çempion “Araz Naxçıvan”ı beş futzalçı tərk edib

02.06.2026

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Futzal üzrə Azərbaycan Yüksək Liqasının 2025/2026 mövsümünün qalibi olan “Araz-Naxçıvan”dan ayrılan oyunçuların sayı beşə çatıb.

İdman.Biz bildirir ki, bu barədə klubun vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.

Onun Report-a bildirdiyinə görə, bölgə təmsilçisi son olaraq Filip Avila, Aleks Rezende və Rövşən Hüseynli ilə yolları ayırıb. Onlarla müddəti bitən müqavilələr yenilənməyib.

Xatırladaq ki, “Araz-Naxçıvan” daha öncə Jan Karlos və Elan Delonla yolları ayırmışdı.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью