Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fransada keçirilən at yarışı zamanı beş nüfuzlu turnirin qalibi olmuş və sahiblərinə 1,7 milyon avrodan çox mükafat qazandırmış at ölüb.
Bakıvaxtı.az xəbər verir ki, RMC Sport-un məlumatına görə, yeddi yaşlı Lausange Bleu adlı ayğır oktyabrın 11-də Parisdəki Auteuil yarış meydanında keçirilən Prix Carmarthen yarışı zamanı tələf olub.
Hadisə 4300 metrlik maneəli qaçışın son döngəsində baş verib. Yarışda liderlik edən at həmin mərhələdə yıxılıb. Hadisə yerinə gələn baytar onun öldüyünü təsdiqləyib. İlkin ehtimala görə, ölüm ürək tutması nəticəsində baş verib. Ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün yarılma təyin edilib.
Lausange Bleu yüksək səviyyəli I Qrup yarışlarında beş dəfə qalib gəlib. Onun uğurları arasında 2023-cü ildə Prix Renaud du Vivier, 2024 və 2025-ci illərdə Payız Qran-prisi, həmçinin 2024 və 2026-cı illərdə Auteuil Qrand Baryer yarışlarında qazanılan qələbələr var.
Qeyd edək ki, at karyerası ərzində sahiblərinə 1,7 milyon avrodan çox mükafat qazandırıb.
Murad İsmayıl