Çempion İspaniya təltif olundu

20.07.2026

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il dünya çempionatının finalından sonra mükafatlandırma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, həlledici görüşdə Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisinin futbolçularına qızıl medallar və çempionluq kuboku təqdim olunub. Finalda uduzan Argentina yığmasının üzvləri isə gümüş medallarla təltif ediliblər.

Mükafatları ABŞ Prezidenti Donald Tramp, FIFA prezidenti Canni İnfantino, Kanadanın Baş naziri Mark Karni, Meksika Prezidenti Klaudiya Şeynbaum və digər rəsmi şəxslər təqdim ediblər.

Mərasim zamanı turnirin fərdi mükafatlarının sahibləri də açıqlanıb. Rodri ən yaxşı futbolçu, Unai Simon ən yaxşı qapıçı, Pau Kubarsi isə ən yaxşı gənc oyunçu seçilib.

Qeyd edək ki, İspaniya tarixində ikinci dəfə dünya çempionu olub.

Ferran Torres: "Messi olanda həmişə gərginlik hiss olunur" Skaloni: "Mən bu komandanı xatırlayacam" Messi DÇ karyerasını başa vurdu – Tarixi rekordlarla vidalaşdı “Trabzonspor”dan rekord satış – Oulai rəsmən “Fiorentina”da “Fənərbaxça”da 5 zədəli futbolçu - Klubdan açıqlama
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью