Fanat saytına istinadən Icma.az xəbər verir. "Latsio"nun kapitanı Mattia Zakkanyi bu yay iş yerini dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Italia" yayıb.
29 yaşlı vingerin xidmətində A Seriyasının son qalibi "Napoli"nin maraqlı olduğu bildirilib.
Mənbə Zakkanyinin qışdan bəri Neapol klubu ilə danışıq apardığını açıqlayıb.
Qeyd edək ki, Mattia ötən ilin aprelində "Latsio" ilə müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.
Cari mövsüm bütün turnirlərdə 46 matça çıxan cinah hücumçusu 10 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.