Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Pap Tiav gözlənilən aqibətdən qaça bilməyib. O, ağır cəzalanıb.
"Football-plus.az" xəbər verir ki, Afrika Futbol Konfederasiyası Afrika Millətlər Kubokunun bu il yanvarın 18-də Mərakeş və Seneqal arasında keçirilən qalmaqallı final oyunu ilə bağlı sərt qərarlarını açıqlayıb. Seneqal yığmasının baş məşqçisi Tiav qeyri-idman hərəkətlərində və oyunun nüfuzuna xələl gətirməkdə təqsirli bilinərək 5 oyunluq diskvalifikasiya olunub. O, 100 min dollar məbləğində cəriməyə də layiq bilinib. Final matçından sonra tərəflərə kəsilən cərimələrin ümumi məbləği 1 milyon dollara yaxındı.
Xatırladaq ki, Rabatda keçirilən həlledici matçda xaos yaşanmışdı. Matçın sonlarına yaxın hakimin Mərakeşin xeyrinə penalti təyin etməsindən qəzəblənən baş məşqçi komandasını meydandan çıxarmışdı. Oyun təxminən 17 dəqiqə dayanmış, yalnız seneqallıların kapitanı Sadio Manenin komanda yoldaşlarını dilə tutmasından sonra mübarizə bərpa olunmuşdu.
Onu da yada salaq ki, Braim Diasın Panenkasayağı vurduğu penaltini qapıçı Eduar Mendi dəf etmiş, Pap Qeye isə Seneqalın 1:0 hesablı qələbəsini təmin edən yeganə qolun müəllifi olmuşdu.