Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Yığmamızın da şərəfini qoruyan müdafiəçi Zamiq Əliyev “Eqnatiya” ilə Albaniya çempionu olub.
“Football-plus.az” 24 yaşlı futbolçunun bununla bağlı fikirlərini öyrənib:
“Çempion olmaq, mövsümboyu çəkdiyimiz əziyyətin qarşılığını almaq möhtəşəm hissdi. Komanda olaraq məşqlərə başladığımız gündən çemionluğa inanırdıq. İlk ilimdəcə mövsümü iki kubokla başa vurdum. Mənim üçün vacib uğurdu. Daha da önəmli olan ölkəmizin bayrağı ilə orda olmaqdı. Çox möhtəşəm idi”.
MÜZƏFFƏR QULUZADƏ