Çempion olan məşqçiyə qapını göstərdilər

28.11.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aleksandr Şovkovski Kiyev "Dinamo"sunu tərk edib.

Fanat.Az xəbər verir ki, Konfrans Liqasında "Omoniya"ya 0:2 hesablı məğlubiyyətdən sonra Kiyev klubu çalışdırıcı ilə yollarını ayırmaq qərarına gəlib.

Şovkovski 2023-cü ilin dekabrından "Dinamo"nun baş məşqçisi idi. 50 yaşlı məşqçi klubla 101 oyun keçirib (onlardan 11-i müvəqqəti məşqçi kimi) və ötən mövsüm Ukrayna çempionu olub.

“Dinamo” hazırda Ukrayna Premyer Liqasının turnir cədvəlində yeddinci yerdədir. Paytaxt təmsilçisi Konfrans Liqasında 27-ci pillədə qərarlaşıb.

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью