Çempion olan Ronaldo paylaşım edib

23.05.2026

Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo komandasının çempionluğundan sonra paylaşım edib.

BAKU.WS xəbər verir ki, portuqaliyalı hücumçu sosial şəbəkə hesabında "Bu uğur bizim üçün çox şey ifadə edir. Yalla, Əl-Nəsr!" sözlərini yazıb.

Xatırladaq ki, "Əl-Nəsr" son turda "Damak"ı 4:1 hesabı ilə məğlub edərək 86 xalla Səudiyyə Ərəbistanı çempionu olub. Ronaldo qarşılaşmada dubla imza atıb. Komandanın digər qollarını Sadio Mane və Kinqsli Koman vurublar.

Qeyd edək ki, Ronaldo 2023-cü ildə kluba transfer olunduqdan sonra ilk dəfə ölkə çempionluğu qazanıb. O, mövsümü 28 qolla başa vuraraq komandasının ən məhsuldar futbolçusu olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью