Çempion oldu, müqaviləsi yeniləndi

12.06.2026

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Martin O’Nil gözlənilən aqibəti yaşayıb.

"Football-plus.az" xəbər verir ki, “Seltik” rəhbərliyi baş məşqçi ilə müqaviləni yeniləyib. Şotlandiya klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, 74 yaşlı mütəxəssislə “1+1 il” sxemi ilə yeni sözləşmə imzalanıb.
Ötən mövsüm ərzində iki dəfə komandanın başına keçən təcrübəli çalışdırıcı “Seltik”i çempionluğa və Şotlandiya kubokunun qalibi adına daşıyaraq “qızıl dubl”a imza atıb.
Qeyd edək ki, O’Nil komandanı 2002-05-ci illərdə də çalışdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью