Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.
Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin komandası növbəti matçına çıxıb.
“Eqnatiya” Albaniya çempionatının 18-ci turu çərçivəsində bazar günü səfərdə “Teuta” ilə qarşılaşmadan məğlub ayrılıb (1:2).
Zamiqin komandası 18 turdan sonra 30 xalla 10 komandanın mübarizə apardığı çempionatda 3-4-cü yerləri bölüşür. Şərikli liderlərin – “Dinamo” ilə “Vlajniya”nın 31 xalı var. “Teuta” ilə oyunda ehtiyatda qalan Zamiqdən komandasının bu mövsümdəki hədəfinin nə olduğunu soruşduq:
“Oyunlar gərgin keçir. Hədəfimiz böyükdü. Çempion olmaq, ən azı Konfrans Liqasının qrupunda oynamaq istəyirik”.
ƏSƏD SEYİDOV