Çempion olsaq, onun simasını tatu etdirəcəyəm

12.06.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

"Çempion olsaq, onun simasını tatu etdirəcəyəm"

İspaniya millisinin müdafiəçisi Mark Kukurella dünya çempionatını qazanacaqları halda maraqlı vəd verib.

QOL.az xəbər verir ki, “COPE” nəşrinin məlumatına görə, futbolçu İspaniya yığması DÇ-2026-nın qalibi olarsa, baş məşqçi Luis de la Fuentenin simasını bədəninə döymə etdirəcəyini açıqlayıb.

"Əgər dünya çempionu olsaq, baş məşqçi Luis de la Fuentenin simasını tatu etdirəcəyəm".

Bundan əvvəl komandanın gənc ulduzu Lamin Yamal da İspaniya mundialın qalibi olacağı təqdirdə bığ və saqqal saxlayacağını bildirmişdi.

Qeyd edək ki, İspaniya mundialdakı ilk oyununu iyunun 15-də Kabo-Verdeyə qarşı keçirəcək. Komanda H qrupunda Səudiyyə Ərəbistanı və Uruqvayla da qarşılaşacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью