Çempion Sabah lider Zirə ilə oyuna neçə itki ilə çıxacaq?

04.09.2026

Icma.az, Fanat saytına istinadən bildirir.

Misli Premyer Liqasının 4-cü turunda "Zirə"ni qəbul edəcək "Sabah"ın heyətlə bağlı son vəziyyəti bəlli olub.

Bu barədə Fanat.Az-a "bayquşlar"ın sözçüsü Elnur Həmidov məlumat verib:

"Komandada cəzalı oyunçu yoxdur. Xəyal Əliyevi nəzərə almasaq, heyətdə zədəli də yoxdur. Komanda "Zirə"yə qarşı oyuna tam heyətlə hazırlaşır".

Qeyd edək ki, "Sabah" - "Zirə"qarşılaşması sentyabrın 5-də keçiriləcək. "Bank Respublika Arena"da baş tutacaq görüşün start fiti 18:30-da səsləndiriləcək. Əvvəlki 3 matçda maksimum xal toplayan qəsəbə təmsilçisi turnir cədvəlinin 1-ci pilləsində mövqe tutubsa, bir oyun az keçirən "bayquşlar" 6 xalla 4-cü sırada qərarlaşıblar.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью