“Çempionat uzundur, indidən nəsə demək tezdir” Kurban Berdiyev

06.09.2026

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Çempionat uzundur, indidən nəsə demək tezdir” - Kurban Berdiyev

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində doğma meydanda "Sumqayıt"ı qəbul edən "Turan Tovuz" 2:1 hesablı qələbə qazanıb.

QOL.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev matç haqda fikirlərini bildirib və jurnalistlərins uallarını cavablayıb:

"Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün bizim üçün yaxşı oyundan daha vacibi qələbə idi. Sırf psixoloji cəhətdən deyirəm. Pis oynamadıq. Amma məqamlar var ki, üzərində işləməliyik".

- Qələbə qazansanız da, azarkeşlər narazı idi. Nəticələr sizi də narahat edir?

- Çempionat uzundur, nəsə haqda indidən danışmaq tezdir. Mövsümün sonunda vəziyyətə baxarıq.

- Aleks Serranonun zərbəsi zamanı topun qapıdan keçib-keçmədiyi müzakirə edildi. Sizcə, həmin epizodda top qapıdan keçmişdi?

- Hakimlərin işinə qarışmaq istəmirəm. Bugünkü epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda hiss etmişdimsə, bu dəfə hiss etmədim və qol olduğunu deyə bilmərəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью