“Çempionatımızda zəif komanda anlayışı yoxdur” Elmar Baxşıyev

13.04.2025

Idmanxeber.az saytına istinadən Icma.az xəbər verir.

“Araz-Naxçıvan” Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə “Kəpəz”lə 0:0 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Ağır oyun alındı. Belə olacağını təxmin edirdik. Sıx qrafikdəyik. İkinci hissədə oyunun tepmini qaldırdıq, epizodlar yaratdıq. Uda da bilərdik, uduza da. Gələn oyuna hazırlaşacağıq.

– Müdafiədə boşluqlar çox idi. Bunun səbəbi nədir?

– Sırf müdafiəçilərlə bağlı deyil. Heyətimizdə çoxlu zədəli futbolçu var. Buna görə rotasiyalara getməyə məcburuq. İlk yarıda oyunumuz alınmadı. İkinci hissədə daha yaxşı oynadıq.

– Qarşıda “Turan Tovuz” və “Qarabağ”la oyunlar var. Komandada gərginlik var?

– Futbol stressli idman növüdür. Gərginliyin olmağı normaldır. Bizi nəyin gözlədiyini bilirik. Gərək iddiasız olsan ki, belə qrafikə girməyəsən. Komanda hər iki cəbhədə öz iddiasını göstərəcək.

– Turnir cədvəlində üçüncü yeri itirmək təhlükəsini hiss etmirsiz?

– Bizi düşündürən “Turan Tovuz” deyil, özümüzük. Başqa komandanın nəticəsinə görə xoşbəxtlik axtarmaq istəmirik. Hər şey özümüzdən asılıdır.

– “Kəpəz” ən çox qol buraxan komandadır. Onlara qol vura bilməməyinizin səbəbi nədir?

– Mən o fikirdə deyiləm. “Kəpəz” qış fasiləsindən sonra iddialı klomandalardan xal alıb. Çempionatımızda zəif komanda anlayışı yoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью