Çempionatın qalibi odur VİDEO

31.10.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda təşkil olunan "FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026"nın qalibi müəyyənləşib.

"Cebheinfo.az" xəbər verir ki, Bakı Kristal Zalında keçirilən A Divizionunun final qarşılaşmasında İspaniya və Çexiya yığmaları üz-üzə gəlib.

Oyunda İspaniya millisi rəqibini 3:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Qeyd edək ki, "FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026" oktyabrın 22-dən 30-dək Bakıda keçirilib. Turnir FIFA tarixində ilk dəfə təşkil olunub. Yarışda dünyanın müxtəlif ölkələrindən 15 yaşadək futbolçular iştirak ediblər.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью