Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Avropa çempionatı öncəsi komanda üzvlərimizlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, yığma komandamızın baş məşqçisi Sərdar Həsənov, böyük məşqçi Asif Məmmədov və məşqçi Əfqan Bayramovun rəhbərliyi altında 4 idmançımız körpücük üzərinə çıxacaq.
Tehran Məmmədov sabah, İsa Rüstəmov, Ravin Alməmmədov və Əli Şükürlü isə növbəti günlərdə mübarizəyə qoşulacaqlar.
Təmsilçilərimizdən Əli Şükürlü komandaya 22 aprel tarixindən etibarən qoşulacaq.