Çempionlar Gecəsi: kimlər qalib oldu?

22.08.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ilk dəfə boks üzrə İBA Çempionlar Gecəsi keçirilib.

Futbolpress.az xəbər verir ki, Milli Gimnastika Arenasında dünyanın ən güclü boksçularının iştirakı ilə təşkil olunan yarış “Natiq” ritm qrupunun çıxışı ilə başlayıb.

Müxtəlif federasiya rəsmilərinin, xarici qonaqların və çoxsaylı azarkeşlərin izlədiyi gecədə rinqə ilk olaraq Sərxan Əliyevlə (71 kq, Azərbaycan) Monx-Erdene Urançimeq (Monqolustan) çıxıb. 6 raundluq döyüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb.

Dünya çempionatının mükafatçısının ardınca Avropa çempionumuz Nicat Hüseynov (51 kq) mübarizəyə qoşulub. Con Zulueta (Filippin) ilə döyüşən millinin üzvü rəqibini məğlub edib. O da 6 raundluq görüşü aktinə yazıb.

Azərbaycan Boks Federasiyasının 100 illiyi çərçivəsində baş tutan gecədə azarkeşlərə növbəti sevinci Məhəmmədrəsul Məcidov (+92 kq) yaşadıb. Üçqat dünya çempionumuz 6 raundun yekununda qazaxıstanlı Nursultan Amanjolovdan güclü olub.

Komanda yoldaşlarının uğurunu Məhəmməd Abdullayev də davam etdirib. +92 kq-da döyüşən dünya çempionatının mükafatçısı Kristian Salsedonu (Kolumbiya) məğlub edib. Abdullayev 8 raundluq qarşılaşmanı aktivinə yazmaqla İBA Çempionlar Gecəsində 4-cü qələbəmizi rəsmiləşdirib.

Gecənin əsas döyüşü isə Vsevolod Şumokovun (57 kq) qalibiyyəti ilə başa çatıb. Rusiyalı boksçu 10 raundluq görüşdə özbəkistanlı Mirazizbek Mirzaxalilovu məğlub etməklə İBA dünya çempionu tituluna yiyələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью