Çempionlar Kubokunun məşhur finalının iştirakçısı öldü VİDEO

23.12.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ayntraxt”la Çempionlar Kubokunun finalında oynamış Diter Liedner 86 yaşında dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Diter bütün karyerasını Almaniyanın “Ayntraxt Frankfurt” klubunda keçirib. Əvvəlcə o, gənclərdən ibarət komandalarda oynayıb və 1956-cı ildə əsas komandada debüt edib.

1959-cu ildə o, “Ayntraxt”ın Almaniya çempionluğunu qazanmasına kömək edən əsas oyunçusu olub.

Növbəti mövsüm komanda artıq avrokuboklarda çıxış edib.

“Ayntraxt” Çempionlar Kubokunun finalında“Real Madrid”lə üz-üzə gəlib. 10 qolun vurulduğu oyunda “Real” 7:3 hesabı ilə qalib gəlib.

Diter Liedner 1971-ci ildə karyerasını bitirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью