Çempionlar Liqası: 1/8 final mərhələsinə bu gün yekun vurulacaq

12.03.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq. 
Bizim.Media xəbər verir ki, ikinci oyun günündə daha dörd matç baş tutacaq. 
“Atletiko” evdə “Real”la, “Lill” “Borussiya” ilə üz-üzə gələcək. PSV səfərdə “Arsenal”ın, “Brügge” isə “Aston Villa”nın qonağı olacaq. 
UEFA Çempionlar Liqası   

1/8 final, cavab görüşləri   

12 mart 

21:45. “Lill” (Fransa) - “Borussiya” (Dortmund, Almaniya)   

İlk oyun - 1:1.   

00:00. “Atletiko” (İspaniya) - “Real” (İspaniya)   

İlk oyun - 1:2.   

00:00. “Arsenal” (İngiltərə) - PSV (Niderland)   

İlk oyun - 7:1.   

00:00. “Aston Villa” (İngiltərə) - “Brügge” (Belçika)   

İlk oyun - 3:1.   

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-da, cavab görüşləri isə 15-16-da keçiriləcək. 

Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью