Çempionlar Liqası: 6 qol və “Barselona”nın şansı

01.05.2025

Icma.az bildirir, Mia.az portalına istinadən.

Ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyununda İtaliyanın “İnter” komandası  “Barselona” ilə səfərdə qarşılaşıb.

Mia.az xəbər verir ki, gözlənilənlərin əksinı olaraq, "İnter" tarixi rekorda imza ataraq 30-cu saniyədə Markus Tyuramın zərbəsiylə hesabı açıb - 0:1.

İtalyanlar 21-ci dəqiqədə fəqri 2-yə çatdırıb - 0:2.

24-cü dəqiqədə “Barselona”nın gənc ulduzu Lamin Yamal fərqi azaldıb - 1:2

 38-ci dəqiqədə isə Torres heasaba tarazılıq gətirib - 2:2.

64-cü dəqiqədə "İnter" 3-ü qola da imza atıəb - 2:3.

Lakin bu qolun sevinci cəmi bir dəqiqə sürüb.

65-ci dəqiqədə  "Barselona" hesabı yenə bərabərləşdirib - 3:3.

Matç bu hesabla bitib.

Cavab oyunu mayın 6-da olacaq.

Fərid ASLAN

mia.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью