Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan çempuionu "Araz-Naxçıvan" bu gün futzal üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa çıxacaq.
Fanat.Az xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Portuqaliyada “Benfika” ilə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 21:30-da başlayacaq matç Lissabondakı "Pavilhao Fidelidade" arenasında baş tutacaq.
Matçı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matçda Portuqaliya təmsilçisi
Başqa sözlə, görüş formal xarakterli hesab olunur. Ancaq Azərbaycan təmsilçisinin səfərdə müqavimətsiz təslim olmayacağına ümid etmək olar.
Belə ki, "Araz-Naxçıvan" Bakıdakı ilk matçda 4 oyunçunun xidmətindən yararlana bilməmişdi.
Valerio Giovanny, Aleks Teyxeyra və Karlos Bertuola sarı vərəqə cəzası, Alleks Rezende isə zədə səbəbindən görüşü tribunadan izləməli olmuşdu.