Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq. Ötən gecə UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilən qarşılaşma
AZƏRTAC xəbər verir ki, səfərdə “İnter”i 3:1 hesabı ilə məğlub edən “Arsenal” Çempionlar Liqasında ardıcıl yeddinci qələbəsini qazanaraq klu
İngiltərə təmsilçiləri arasında bu turnirdə daha uzun qələbə seriyası yalnız “Mançester Siti”yə məxsusdur.
“Şəhərlilər” 2023–2024-cü illər aralığında ardıcıl 10 oyun qazanıblar.
“İnter” isə bir mövsümdə ilk dəfə Çempionlar Liqasında ardıcıl üç matçda məğlub olub.
“Tottenhem” doğma meydanda “Borussiya Dortmund”u 2:0 hesabı ilə üstələyərək bu mövsüm evdə keçirdiyi dörd Çempionlar Liqası oyununda da qalib gəlib.
London klubu turnirdə hələ də öz meydanında qol buraxmayan yeganə komandadır. “Vilyarreal” səfərdə “Ayaks”a 1:2 hesabı ilə uduzub.
Bununla da İspaniya təmsilçisinin Çempionlar Liqasında qələbəsiz oyunlar seriyası 10-a yüksəlib ki, bu da turnir tarixində ispan klubları üçün ən mənfi göstəricilərdən biri sayılır.