Çempionlar Liqası: Atletiko 3 xalı 3 qolla aldı

12.12.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

UEFA Çempionlar Liqasında VI turun oyunları keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, İspaniya paytaxtında yerli "Atletiko" Bratislava "Slovan"ını qəbul edib.

Oyun Madrid təmsilçisinin üstünlüyü ilə keçib. Meydan sahiblərinin 3 qoluna qonaqlar yalnız 1 qolla cavab verməyi bacarıblar - 3:1. Qrizman dubla imza atıb.

Bu nəticədən sonra Simionenin yetirmələri xallarının sayını 12-yə çatdıraraq 9-cu pillədə qərarlaşıblar. Slovakiya klubu isə heç bir xal toplamadan ən sonuncu - 36-cı yerdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью