Çempionlar Liqası: Atletikodan qələbə, Aston Villanın seriyası qırıldı YENİLƏNİB

07.11.2024

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tura bu gün yekun vurulub.

Apasport.az xəbər verir ki, son oyun günündə 9 qarşılaşma baş tutub.

Fransa təmsilçisi PSJ evdə İspaniyanın “Atletiko” komandası ilə görüşüb. Matç madridlilərin qələbəsi ilə nəticələnib.

İngiltərə “Arsenal”ı səfərdə “İnter”in qonağı olub. Meydan sahibləri minimalhesablı qələbəyə seviniblər.

İlk 3 turdan sonra lider olan "Aston Villa" isə "Brügge"yə məğlub olub.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi

IV tur

6 noyabr

21:45. “Brügge” (Belçika) - “Aston Villa” (İngiltərə) 1:0
21:45. “Şaxtyor” (Ukrayna) - “Yanq Boys” (İsveçrə) 2:1
00:00. “Bavariya” (Almaniya) - “Benfika” (Portuqaliya) 1:0
00:00. PSJ (Fransa) - “Atletiko” (İspaniya) 1:2
00:00. “İnter” (İtaliya) - “Arsenal” (İngiltərə) 1:0
00:00. “Feyenoord” (Niderland) - “Zaltsburq” (Avstriya) 1:3
00:00. “Srvena Zvezda” (Serbiya) - “Barselona” (İspaniya) 2:5
00:00. “Sparta” (Çexiya) - “Brest” (Fransa) 1:2
00:00. “Ştutqart” (Almaniya) - “Atalanta” (İtaliya) 0:2

AL: "Qalatasaray" ingilislərə, "Fənərbaxça" niderlandlılara qarşı - YENİLƏNİR Konfrans Liqası: “Başakşehir” Danimarka klubu ilə üz-üzə - YENİLƏNİR ÇL: Həftənin oyunçusu adına namizədlər bilindi Bədavi Hüseynov: "Bəzən gözlənilməz hadisələr də baş verir" Qurban Qurbanov: “Rəqibin üstün cəhətləri çoxdur”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью