Çempionlar Liqası: “Azərreyl” Serbiya klubu ilə qarşılaşacaq

15.07.2025

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Kişi voleybolçular arasında Çempionlar Liqasının püşkü atılıb.

İdman.biz xəbər verir ki, mərasimdə Azərbaycan çempionu “Azərreyl”in də rəqibi dəqiqləşib.

Bakı təmsilçisi I təsnifat mərhələsində Serbiyanın “Radniçki” klubu ilə qarşılaşacaq. İlk görüşlər oktyabr 21-23-də, cavab matçı bir həftə sonra olacaq.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью