Çempionlar Liqası: Bavariya 1/8 finalda DİGƏR NƏTİCƏLƏR VİDEO

19.02.2025

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
İtaliya təmsilçilərindən "Milan" və "Atalanta" turnirlə vidalaşıb. Bu komandalar, müvafiq olaraq, Niderlandın "Feyenoord" və Belçikanın "Brügge" klubları ilə duellərdən məğlub ayrılıb.
İlk matçda Şotlandiyada "Seltik"ə qalib gələn "Bavariya” Almaniyada rəqibi ilə 1:1 hesablı heç-heçə edərək, adını 1/8 finala yazdırıb.
Mərhələ adlayan digər komanda isə Portuqaliya "Benfika"sı olub. Lissabon təmsilçisi Fransada məğlub etdiyi "Monako" ilə doğma meydanda 3:3 hesablı bərabərliyə razılaşıb.
UEFA Çempionlar Liqası Pley-off mərhələsi, cavab oyunları:

18 fevral

21:45. "Milan" (İtaliya) – "Feyenoord" (Niderland) - 1:1

İlk oyun - 0:1

00:00. "Benfika" (Portuqaliya) – "Monako" (Fransa) - 3:3

İlk oyun - 1:0

00:00. "Atalanta" (İtaliya) – "Brügge" (Belçika) - 1:3

İlk oyun - 1:2

00:00. "Bavariya" (Almaniya) - Seltik" (Şotlandiya) - 1:1

İlk oyun - 2:1.

Qeyd edək ki, pley-off mərhələsinin digər 4 görüşü bu gün oynanılacaq.

Bizim.Media 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью