Çempionlar Liqası bu gün 10 oyunla start götürür

08.07.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Çempionlar Liqasında 2025/26 mövsümü bu gün start götürəcək. 

Fanat.Az xəbər verir ki, I təsnifat mərhələsinin 10 oyunu bu gün baş tutacaq.

Tsiklə Finlandiyada start veriləcək.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" yarışa II təsnifat mərhələsindən qoşulacaq. Ağdam təmsilçisinin potensial rəqibləri "Şelburn" (İrlandiya) və "Linfild" (Şimali İrlandiya) sabah üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası
I təsnifat mərhələsi
8 iyul

19:00. KuPS (Finlandiya) - "Milsami" (Moldova)
20:00. "İberiya 1999" (Gürcüstan) - "Malmö" (İsveç)
20:00. "Noa" (Ermənistan) - "Buduçnost" (Monteneqro)
20:30. "Levadiya" (Estoniya) - RFŞ (Latviya)
21:00. "Olimpiya" (Sloveniya) - "Kayrat" (Qazaxıstan)
22:00. TNS (Uels) - "Şkendiya" (Şimali Makedoniya)
22:00. "Vikinqur" (Farer adaları) - "Linkoln" (Cəbəllütariq)
22:00. "Drita" (Kosovo) - "Differdanj" (Lüksemburq)
23:00. "Virtus" (San Marino) - "Zrinski" (Bosniya və Herseqovina)
23:00. "Eqnatiya" (Albaniya) - "Breydablik" (İslandiya)

Qeyd edək ki, I təsnifat mərhələsinin qalan 4 görüşü sabah baş tutacaq. Mərhələnin cavab görüşləri 15-16 iyulda keçiriləcək. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью